sedanews.az
sedanews.az

“İrs” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub - VİDEO, YENİLƏNİB

28-01-2022, 16:03 377 dəfə baxılıb

                      “İrs” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub - VİDEO, YENİLƏNİB


Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib. 
REAL TV-nin Asiya bürosu xəbər verir ki, jurnalın bu sayında ölkəmizin, o cümlədən Qarabağın mədəniyyətinə, qədim tarixinə, Ermənistanın işğalçılıq siyasətinə və onun mənfur nəticələrinə, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlara aid məlumatlar yer alıb. Baş redaktor Musa Mərcanlı “Azərbaycanda tarixi ədalətin bərpası” başlıqlı ön sözündə 44 günlük Vətən Müharibəsi ilə 30 illik ədalətsizliyə son ədalətsizliyə son qoyulduğunu və zəmanəmizin ən uzun münaqişələrindən biri dayandırıldığını qeyd edib.
Azərbaycanın parlaq qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşması barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Postmüharibə dövrünün reallıqları” adlı məqaləsində qələbə sayəsində Azərbaycanın beynəlxalq hüququn, BMT və digər beybəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərin tələblərini yerinə yetirdiyi bildirilib. 
Jurnalda həmçinin Qarabağın Azərbaycan mədəniyyətinin tarixində və bu günündə mühüm yer tutmasından, 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpasından söz açılıb. 
Rusiyalı politoloq Oleq Kuznetsovun “Təcavüz üçün yaradılmış dövlət” məqaləsində belə bir tezis irəli sürülür ki, Azərbaycana qarşı təcavüz siyasəti erməni dövlətinin əsas hüquqi sənədlərindən irəli gəlir. 
Rusiyalı jurnalist Andrey Vasilyevin “Qarabağ haqqında kənardan qeydlər”ində mətn və fotoşəkillərin dili ilə işğalçıların Qarabağda törətdikləri dağıntıların miqyası, o cümlədən dini ibadətgahlara və qəbristanlıqlara qarşı hörmətsizlik əks olunub.
Jurnalın Çin dilində redaktoru Rəşad Kərimov bildirib ki, bu nəşr vasitəsi ilə çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması olduqca vacib faktorlardan biridir. Bu baxımdan “İrs” jurnalı çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir. 
 Jurnalın bu dəfəki nömrəsinə “Azərbaycanı kəşf edərkən: Karvansaradan vulkan kraterinə qədər”, “Qarabağ adı çəkilən ilk sikkələr”, Konfutsi İnstitunun Azərbaycanda ilk könüllü müəllimi olmuş Sun Yanın "Mənim gözümdə Azərbaycan" və ölkəmizdə yaşayan Liu Lipinin "Mən və Azərbaycan 15 il" məqalələri də daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA