sedanews.az
sedanews.az

Təhsil Nazirliyinin jurnalına yeni baş redaktor təyin edilib

2-02-2021, 14:52 416 dəfə baxılıb

Təhsil Nazirliyinin jurnalına yeni baş redaktor təyin edilib


Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" jurnalına yeni baş redaktor təyin edilib.
 Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, baş redaktor vəzifəsi Arzu Bəyimə həvalə olunub.
O, bu təyinata qədər Bakı Uşaq və Gənclər Teatrında Ədəbi hissə müdiri işləyib.
A.Bəyim “Report”a açıqlamasında planlarından danışıb. O bildirib ki, "Azərbaycan məktəbi" jurnalı Azərbaycanın ən yaşlı mətbuat orqanlarından biridir, 1934-cü ildən nəşr olunur: "Jurnal elmi-nəzəri-pedeqoji mətbuat orqanıdır. Məqsədimiz jurnalı daha da genişləndirmək və dünya standratları səviyyəsində dərc etməkdir. Eyni zamanda jurnal vasitəsi ilə dünya elminin yeni nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycan elminin nailiyyətlərini isə dünyaya çatdırmaqdır".
Qeyd edək ki, Arzu Bəyimdən öncə jurnalın baş redaktoru Ramil Nəcəf olub.
“Report”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA