İyulun 22-də Heydər Əliyev Mərkəzində "Nizaminin süjet və obrazları" adlı sərgi açılıb.
Heydər Əliyev Fondunun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: "Biz çox şadıq ki, sərgi nəhayət Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm sentyabrın 26-a kimi davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq".
Dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə "Xəmsə" adlanan poetik əsərlər toplusunu miras qoyub gedib. Buraya beş müstəqil poema daxildir - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl" və "İskəndərnamə". Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsirini əks etdirir.
Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus "vizit kartına" çevrilib. Məsələn, bunlara Şirinin bulaqda çimdiyi məşhur səhnə və ya öküzü qüllənin başına daşıyan Bəhram Gurun sevgilisinə həsr edilmiş təsvirləri aid edilə bilər. Ekspozisiyadakı ən qədim eksponat isə 13-cü əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində "Xosrov və Şirin" poemasından səhnələrin təsvir olunduğu qabdır.
Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunub. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin "İsgəndər və dərviş" adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.
Sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Mehdiabadda səkilər zəbt olunub, piyadalar yolda qalıb — jurnalistin çəkilişinə niyə maneçilik yaradıldı?
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Prezident yeni Komissiya yaratdı - SƏRƏNCAM
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq
Oktyabr ayının Cavid xatirələri
Xətaidəki qətllə bağlı 11 nəfər HƏBS EDİLDİ
Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
“20 Sentyabr” stansiyası istifadəyə verilir - TARİX AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib (FOTO)
Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL
Bu gün Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
Əli Əsədov nazirliklə bağlı qərar imzaladı
Azərbaycana gələn turistlərin sayı azalıb
Darçınlı su orqanizminizdə bunları dəyişəcək
Azərbaycan nefti bahalaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Çempionlar Liqasında bugünkü OYUNLAR
Azərbaycan neftinin qiyməti bahalaşıb
Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış edib
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub (FOTO)
Trampın seçkidə uduza bilər
POS-terminal tariflərinin azaldılması təklif olunur
Azərbaycanda bu əcnəbilərdən iş icazəsi tələb olunmayacaq
Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Bu ayın pensiyaları ödənildi
Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Metropoliten bu gün xüsusi rejimdə işləyəcək
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları