sedanews.az
sedanews.az

Bu gün Səbuhi Məmmədlinin ilidir

17-01-2025, 14:39 105 dəfə baxılıb


Bu gün tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfat etməsinin 1-ci ildönümüdür.

Mərhum jurnalist 17 yanvar 2024-cü il tarixində 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. 

O, 1990-cı illərdən mətbuata gəlmişdi. Jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.

Səbuhi Məmmədli son 10 ildə "Lent.az" saytında çalışıb.
Mərhum doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA