sedanews.az
sedanews.az

Səbuhi Məmmədli Ucarda dəfn olunub

17-01-2024, 15:31 136 dəfə baxılıb

  Ötən gecə vəfat edən tanınmış jurnalist Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində dəfn olunub.
  "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, jurnalistlər iştirak etdilər.
  Qeyd edək ki, 1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.
   O, səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. S.Məmmədli xroniki böyrək çatışmazlığından müalicə olunurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA