“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) da müvafiq qərar verməsi gözlənilir”. Bu sözləri
Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Şura sədri bildirib ki, YAP-ın gələn ay gözlənilən qurultayında Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə baxılacaq:
“Yəqin ki belə bir qərar veriləcək. İndidən bununla bağlı özümdən nə isə demək fikrimdə deyiləm. Amma ümumi qayda belədir ki, bütün məsələlər araşdırıldıqdan sonra onun buraxdığı nöqsanlar, qanunsuz işlər, dövlətə qarşı hərəkətlər nəzərə alınaraq qərar veriləcək. Çünki bu məsələlər partiya qurultayı ilə həll olunur”.
Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və Veteranlar Şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.