sedanews.az
sedanews.az

15 İyun: Dövlətçiliyimizin Xilası və Zəfərə Aparan Yol

Bugün, 10:02

   
    Hər il qeyd etdiyimiz 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində sadəcə təqvim bayramı deyil, dövlət müstəqilliyimizin və milli varlığımızın xilas günüdür. Müasir müstəqil Azərbaycanın təməli məhz bu tarixdə – xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə qoyulmuşdur.
   XX əsrin sonlarında müstəqilliyini yenidən qazanmış Azərbaycan olduqca mürəkkəb və təhlükəli bir dövr yaşayırdı. Hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadi tənəzzül, cəmiyyətdə hökm sürən xaos və anarxiya ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyi sual altında idi və dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi real xarakter almışdı. 
    Belə bir ağır və taleyüklü məqamda xalq özünün yeganə xilaskarını gördü. Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdışı və 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi ilə ölkədəki dərin siyasi böhrana son qoyuldu. Ulu Öndərin müdrik siyasəti, polad iradəsi və dərin dövlətçilik təcrübəsi sayəsində respublikada qardaşqırğının qarşısı alındı, ictimai-siyasi sabitlik bərqərar oldu.
Məhz bu tarixi qayıdışdan sonra ölkəmizdə:
    1993-cü ilin iyunundan başlanan bu şərəfli yol Azərbaycanı illər sonra parlaq bir Zəfərə apardı. Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası, siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu inamlı siyasət nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, regionun lider dövlətinə çevrilmişdir.
     15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik salnaməsinin qızıl səhifəsidir. Bu gün bizlərə nəinki dövlətimizi qoruyub saxlamaq, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat qurmaq əzmi və qüruru yaşadır.
    Milli Qurtuluş Günümüz mübarək olsun!
       Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA