sedanews.az
sedanews.az

Erməni diasporu buna imkan verməyəcək – Özdaşlı

18-01-2022, 14:10 314 dəfə baxılıb

Erməni diasporu buna imkan verməyəcək – Özdaşlı

Əslində beynəlxalq aləmdə Türkiyəyə qarşı iddiaları yayan erməni diasporudur. Ona görə də indiki məqamda Ermənistanın dediklərindən daha çox diasporun dedikləri vacibdir. Diasporun bu cür əsassız şayiələrdən əl çəkməsi mümkün görünmür. Unutmayaq ki, 2009-cu ildə normallaşma prosesini böyük ölçüdə pozan diasporun təşəbbüsləri oldu.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Burdur Mehmet Akif Ərsoy Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Əsma Özdaşlı deyib.
“Təbii ki, Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyanın 2010-cu il aprelin 22-də protokolların ratifikasiya prosesinin dondurulduğunu bəyan etməsi, 2015-ci ilin fevralında Ermənistan parlamentindən çıxması və 1 mart 2018-ci ildə protokolları hökmsüz elan etməsi ilə proses rəsmi olaraq başa çatdı. Lakin bu inkişafa ilk növbədə erməni diasporu və radikal qruplaşmalar təsir edib”, - Ə.Özdaşlı bildirib.
Onun sözlərinə görə, yeni normallaşma prosesi 2009-cu ildəki prosesdən fərqlidir:
“Ən böyük fərq odur ki, Qarabağda işğal başa çatıb və Türkiyə prosesi Azərbaycanla birgə həyata keçirəcək. Bunu xarici işlər naziri Çavuşoğlu da bildirib. Paşinyan və digər Ermənistan rəsmiləri heç bir şərt qoymadan danışıqlara hazır olduqlarını bəyan etsələr də, düşünürəm ki, diaspor və radikal qruplar Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməyəcəklər. Çünki diasporun varlığının səbəbi qondarma soyqırım iddiaları və türk düşmənçiliyidir. Ona görə də diaspor öz mövcudluq səbəbini itirmək istəmir. Qondarma soyqırım iddiaları diasporu gücləndirməklə yanaşı, həm də diaspor üçün gəlir mənbəyidir. Qərb ölkələrində də erməni diaspor təşkilatlarına iqtisadi dəstək verilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA