sedanews.az
sedanews.az

Rusiya ermənilərin başladacağı “yeni savaşa” hazırlaşır

15-10-2020, 15:32 639 dəfə baxılıb

Rusiya ermənilərin başladacağı “yeni savaşa” hazırlaşır

Ermənistanın darmadağın edilməsindən sonra onun Rusiyadakı diasporunun kriminal biznesinin bölüşdürülməsinə başlanılacaq.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı məşhur tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Rusiyadakı erməni biznesini iki sözlə təsvir etmək olar - dövlət müqaviləsi və rüşvət:
“Erməni iş adamları daha ucuz olan erməni qastarbayterlərinin əməyindən istifadə etməklə müqavilə üstünlüyünə malikdirlər və nəticədə məmurlara daha böyük “rüşvət” verməyə qadirdirlər. Buna görə də Rusiyanın federal, regional və yerli büdcələrinin pulları tez-tez onlar tərəfindən mənimsənilir. Koronavirus pandemiyası nəticəsində Rusiyada erməni qastarbayterlərinin sayı kəskin şəkildə aşağı düşüb ki, bu da Rusiyada erməni biznesinin böyük itkilərinə və onun tərəfindən “Artsax” adlı kriminal geosiyasi layihənin maliyyələşdirilməməsinə gətirib çıxarıb. Əldə olunan pulun əvvəlki həcmini bərpa etmək üçün işğalçı rejimin liderləri Azərbaycanla müharibəyə başladı. Müharibənin başlamasına dair başqa bir real izahat görmürəm. “Artsax”ın əsas sponsoru ermənilərin Rusiyadakı diasporu idi. Diaspor sırf iqtisadi səbəblərə görə işğalçı hakimiyyəti pulla təmin edə bilmirdi. Maliyyə vəsaitinin bərpası üçün qeyri-adi tədbirlər, daha doğrusu, müharibə tələb olunurdu”.
Oleq Kuznetsov bildirib ki, Qarabağ münaqişəsi başqa müharibəyə də səbəb olacaq:
“Prezident İlham Əliyevin sözlərinə görə, ermənilər Qarabağdakı münaqişəyə yarım ay ərzində 1 milyard dollar vəsait xərcləyiblər. Bazarda zəifləyən isə satışdan, müqavilələrdən və əmlakdan məhrum olur. Bu isə o deməkdir ki, onlardan leqal olmayan gəlir mənbələrini üzərinə götürmək istəyən iş adamları mütləq tapılacaq. Rusiyanı yeni kriminal müharibə gözləyir”.
Politoloq qeyd edib ki, Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra İrəvan və Qarabağ ermənilərinin mövqeləri sıfra enəcək:
“Kənardan elə görünür ki, erməni diasporu vahid və monolitdir. Lakin onun daxilindəki iqtisadi xarakterli ziddiyyətlər kəskinləşir. Rostov və Krasnodar erməniləri mülkiyyət məsələsində fikir ayrılığı ucbatından İrəvan və Qarabağ erməniləri ilə münaqişə edirlər, lakin bunu yalnız bu regionların hüquq-mühafizə orqanları bilir. Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra İrəvan və Qarabağ ermənilərinin mövqeləri sıfra enəcək. Onların bizneslərini Rusiya erməniləri, ya da tarixən erməniləri sevməyən Şimali Qafqaz xalqlarının nümayəndələri ələ keçirəcəklər. Hər halda, hadisələrin bu cür inkişaf variantına Rusiya DİN-in analitikləri ciddi yanaşırlar. Rusiyanın hüquq-mühafizə orqanları və hakimiyyəti “ermənilərin irsi uğrunda” başlanacaq yeni kriminal müharibəni gözləyirlər, lakin regional səviyyəli məmurlar hamıdan çox narahatdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA