sedanews.az
sedanews.az

Şuşa bəyannaməsi

16-06-2022, 15:01 351 dəfə baxılıb

     Azərbaycanla Türkiyənin dostluğu hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamışdır. Heç təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini ilk olaraq Osmanlı dövləti tanımışdır. 1918-ci il iyunun 4-də Batum müqaviləsi imzalanmışdır. Bunun ardınca 1921-ci ilin martın 16-da Moskva, oktyabrın 13-də Qars müqavilələri imzanmışdı. Bütün bu müqavilələrə əsasən Osmanlı dövləti Azərbaycanın bütövlüyünün qorunması üçün əlindən gələni əsirgəməmişdir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz və kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlət” ifadələrini xalqlarımız milli və mədəni sərvət kimi qoruyub saxlamışlar.
     2020-ci il sentyabr ayının 27-də II Qarabağ müharibəsi başladı. 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Müzəffər ali baş komandanımız və güclü ordumuz sayəsində Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. 8 noyabr Qarabağın “döyünən ürəyi” Şuşa şəhəri işğaldan azad edildi və bu hadisə Azərbaycanın tarixinə “zəfər günü” kimi düşdü.
     Düz 1 il öncə - 15 iyun 2021-ci il Azərbaycanla Türkiyə arasında “Şuşa bəyannaməsi” imzalanmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Qarabağ torpağında tarixi bir müqavilə imzaladılar. Bu müqavilə nəinki iki türk dövləti üçün, eləcə də bütün türk dünyası üçün mühim əhəmiyyət daşıyır. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərini üstün tutularaq müttəfiqlik münasibətlərinin qurulmasını müəyyən etmişlər. Milli və beynəlxalq prinsiplər nəzərə alınmaqla hava, dəniz, kosmos sahələrində birgə layihələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Sadəcə iki ölkəyə deyil, başda regional ölkələr olmaqla beynəlxalq birliyin sülh, sabitlik və maraqlarına xidmət edəcəyini vurğulayırlar. Bəyannamədə həmçinin Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəkləri qeyd olunmuşdur.
    Bəyannamədə türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq tədbirlərin keçirilməsinə diqqət yetirilmişdi. Tərəflər türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər. Bəyannaməyə əsasən xalqlar arasında elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində iki ölkənin aidiyyəti qurumları tərəfindən davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.
     Tərəflər hər iki ölkə vətəndaşlarının digər tərəfin ərazisinə yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər. Həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqə baxımından əhəmiyyəti qeyd olunmuşdu. Bəyannamə Azərbaycan türkçəsi və Türkiyə türkçəsi dillərində olmaqla iki nüsxədə imzalanmışdır.
     “Şuşa Bəyannaməsi”nin Azərbaycanın qurtuluş gününə təsadüf etməsinin rəmzi mənası vardır.Bu bəyannamə region üçün yeni tarixi gərçəklik deməkdir.”Şuşa bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.

Suraxanı rayonu 317 №-li 
tam orta məktəbin 
direktoru Gülarə Mirzəyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA