sedanews.az
sedanews.az

Azərbaycan Türkiyə Qardaşlığı Əbədidir

1-06-2022, 15:45 315 dəfə baxılıb

     Bu il Azərbaycan Respublikasının Müstəqilliyi Günündə tarixə yeni bir imza atıldı. Bütün dünya dövlətlərinin gözü Bakıda idi. Demək olar ki, əksər inkişaf etmiş ölkələrin nümayəndələri bu tədbirdə iştirak edirdilər. Bu Azərbaycanda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı idi. Bu festivalda Azərbaycan və qardaş Türkiyə dövlətinin təyyarələri, son texnologiyaları, yeni modifikasiyalar, müasir pilotsuz uçuş aparatları nümayiş olundu. Azərbaycan və Türkiyə pilotlarının, son dövrlərdə istifadə edilən PUA-rı idarə edən operatorların, texnoloqların çıxışı dünyanı lərzəyə saldı. Bu göstərdi ki, Azərbaycan çox güclü, qüdrətli bir dövlətdir. Qardaş Türkiyə ilə birlikdə hərbi, siyasi, iqtisadi, mənəvi hərtərəfli əlaqələri digər dövlətlərə bir mesaj oldu. Həmin tədbirdə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev çıxış etdi:
“Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır”.
      İki qardaş ölkə. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Əlavə güc mənbəyi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Türk dünyasının böyük oğulları. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.
       Bu çıxışda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev 1918-ci il 28 tarixində qurulmuş ilk müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması və iki ildən sonra Sovetlər tərəfindən süqut etməsinin vurğulayıb. Amma son 30 ildə Azərbaycan Dövləti müstəqildir. Bu müstəqillik bizə baha başa gəlib. Bu 30 ildə nələr yaşadıq, nələr gördük. İlk illərdə çox çətinliklərimiz oldu. Vahid idarəetmə sistemi yox, rəhbərlik yox, iqtisadi və siyasi dəstək yox və.s artıq Azərbaycan parçalanma ərəfəsində idi. 1993-cü ilin iyun ayında Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Şimaldan Sadval, cənubdan Talış-muğan respublikası qərbdən erməni təcavüzü, 20% torpağın işğalı belə bir şəraitdə Dahi Öndər Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyini qorumaq üçün tədbirlər keçirdi, bütün işləri şəxsən özü görürdü. Daxildə və xaricdə olan bütün düşmən qüvvələri məhv etdi. Müqavilələr bağladı. Ən vacib xalqa, dövlətə lazım olan müqavilə 20 sentyabr 1994-cü ildə dünya dövlətlərinin Azərbaycanla bağladığı neft müqaviləsi oldu. “Əsrin Müqaviləsi” adlanan bu müqavilə bu gün də Azərbaycan Xalqına milyonlarla vəsait gətirir. 
       Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham bu gün Azərbaycanın müstəqilliyinin təminatçısıdır. Nahayət 30 ildən sonra Azərbaycan düşmən erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etdik. Azərbaycan və Türkiyə qardaşlığıdır. Bu 44 günlük  müharibədə qardaş Türkiyə hər an yanımızda oldu. Bizə mənəvi dəstək verdi. İqtisadi, siyasi köməyini əsirgəmədi. Arxa dayaq oldu. Bu mənəvi dəstək bizi ruhlandırdı. Məhz bu qardaşlıq münasibətlərini 28 may Müstəqillk Günü  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə birlikdə Bakıya gəlməsində gördük. O tədbirdə çıxış edərək önəmli mesajlar verdi: “Cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ilidir. Türkiyə dəstəyinin tarixi. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Səmimi qardaşlıq. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”
       Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı.
Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Bir millətin övladları. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.
       Cənab Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan və Türkiyə dostluğunun bu il 30 illik yubileyi olmasını, Türkiyənin həmişə Azərbaycanı dəstəklədiyini, səmimi qardaşlığın, Şuşa bəyannaməsinin vacib bir müstəqil təhlükəsizlik sənədi olduğunu, bu sənədə görə Azərbaycan və Türkiyə ilə quru yolla Zəngəzur Dəhlizindən keçərək sərbəst bütün enerji resursların istifadəsi, Qarabağı Zəfərinin bölgədə sülh və əmin-amanlığın təminatçısı olduğunu,  müharibə və sülh sazişlər və müqaviləsi zamanı hər bir vaxt Azərbaycanla birlikdə olduğunu və nahayət bir millətin iki övladı olduğumuzu vuruğuladı.
       Mən də öz adımdan Azərbaycan Xalqını bu Müstəqilik Bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycan Müstəqilliyi əbədidir. Bu müstəqilliyi bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan Xalqına Eşq olsun. 


                                                          Suraxanı RİHB-nin Hövsan qəsəbə
                                                           inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 
                                                            Vətən müharibəsi qazisi Qurbanəli İslamov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA