sedanews.az
sedanews.az

İcmanın müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

23-08-2023, 11:38 229 dəfə baxılıb


  Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb.
  Bu barədə Axar.az-a İcmadan bildirilib.
Qeyd edilib ki, Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul edib. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.
  "Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması və sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanafobiyanın irqi ayrı-seçkiliyin və ksenofobiyanın bir növü və bir beynəlxalq problem kimi təsbit edilməsində, ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır. Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda və bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standart və riyakarlığı ifşa etməkdə davam edəcək", - məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA