sedanews.az
sedanews.az

BMT baş katibinə çağırış edilib - VİDEO

3-08-2023, 14:05 224 dəfə baxılıb

  Qərbi Azərbaycan icması Ermənistana xüsusi missiya göndərməyi tələb edib

  Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antoniu Quterreşə məktub ünvanlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.
  Müraciətdə həmçinin qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışığı dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarası missiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA