sedanews.az
sedanews.az

Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb

27-11-2024, 09:20 65 dəfə baxılıb


 Ukrayna qüvvələri cəbhənin iki kritik sektorunda - Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altındadır.
    Bu barədə "Forbes"in analitiki Devid Aks bildirib.
O qeyd edib ki, ukraynalılar təzyiq altında olsa da, Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Kupyansk bölgəsində uğur qazana bilər. O xatırladıb ki, ötən gün Ukrayna hərbçiləri rus qoşunlarını Kupyanskdan geri çəkilməyə məcbur edib:
   "25-ci motoatıcı briqadadan olan Rusiyanın hücum qrupları iki həftə əvvəl şəhərə daxil olub. Rus qoşunları da qayıqlarla Oskol çayını adlayaraq, Kupyanskın müdafiəçilərindən yan keçməyə çalışıblar. Lakin ukraynalılar bu manevri dəf ediblər.
Hücum həmişə daha çox resurs tələb edir və rusların bölgədə personal və material baxımından üstünlükləri Kupyanskdakı qazanclarını saxlamaq üçün kifayət deyildi", - Aks vurğulayıb.
  Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib. (Axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA