Gürcüstanda noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun yaratdığı Soros fondu dayanır. Bu barədə Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani sosial şəbəkələrdə yazıb.
“Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Soros və onun fondunun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros Fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir”, - deyə Tsilosani bildirib.
Qeyd edək ki, bundan əvvəl rəsmi Tiflis Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa Birliyinə üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.