sedanews.az
sedanews.az

Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət etdi

15-04-2025, 13:00


TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər təkcə ölkələrimiz arasında daxili deyil, həm də regional sabitlik və təhlükəsizliklə bağlı da mühüm əhəmiyyət kəsb edir.
sedanevs.az  xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.
“Təhlükəsizlik minimal təhdidlər deyil, transsərhəd, təbbi fəlakətlər, qeyri - qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşəməyimizi zəruri edib” - o deyib.
Yasemi Öztürk vurğulayıb ki, bu baxımdan, sahib olduğumuz tarix, mədəniyyət və dil təhlükəsizlik sahəsində daha yaxşı əməkdaşlıq etməyimiz üçün üstünlük yaradır:
"Bu gün türk dünyasının bir hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərməyimizi daha zəruri edir. Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası arasında oynadığı rol mühüm bir elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu konteksdə ölkələrimizin parıamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA