sedanews.az
sedanews.az

Qitə iflic oldu - Avropadakı azərbaycanlılar nələr deyir...

17-03-2020, 15:28 687 dəfə baxılıb

Qitə iflic oldu - Avropadakı azərbaycanlılar nələr deyir...




                Koronavirusun xüsusən Avropada sürətlə yayıldığı bir vaxtda ən çox diqqət çəkən mövzulardan biri də bu qitədə yaşayan, təhsil alan azərbaycanlıların hazırkı durumudur.
Avropada təhsil alan azərbaycanlı tələbələr  hazırda yaşadıqları ölkədəki vəziyyət və koronavirusla bağlı görülən tədbirlər haqda danışıblar.
İtalyanın Siena şəhərində təhsil alan Fəxri Əliyev:
“Bu gün İtaliyada vəziyyət çox ağırdır. Kafelər, barlar, ticarət mərkəzləri, iaşə obyektləri və s. bağlıdır. İnsanların bir yerdən başqa yerə getməsi qadağandır. Ordu və polis qüvvələri küçələrə, şəhər daxilinə nəzarət edir. Hətta ölkə daxilində səfərlər də xüsusi icazə ilə gerçəkləşir. Ərzaq və ya dərman almaq üçün belə çölə sənədlə çıxmalısan. Yəni sənəddə qeyd etməlisən ki, mən bu ünvandan digər ünvana bu məqsədlə gedirəm. Yalnız iki səbəblə harasa gedə bilərsən: dərman və qida almaq üçün!”
Norveçdə yaşayan və magistratura təhsili alan Naim Süleymanov:
“Norveçdə bu virusa yoluxanların sayı günü-gündən artmaqdadır. Artıq ölkə daxilində 3 ölüm halı qeydə alınıb. Xəstəxanalarda xəstələrdən əlavə həkim və tibb işçiləri arasında da yoluxma halı müşahidə olunur. Bu da istər-istəməz vəziyyəti daha da qəlizləşdirir. Məktəblər, universitetlər, bağçalar, gözəllik salonları və digər ictimai yerlər bağlanıb. Restoranlarda işçilər və müştərilər arasında distansiya tədbirləri görülür, masalar arasında 1,5-2 metr məsafə qoyulur. Alış-veriş mərkəzləri xüsusi iş rejiminə keçiblər. Vəziyyət ağırlaşarsa, onların da bağlanacağı gözlənilir. Son statistikaya görə isə Norveç yoluxma halına görə dünyada 11-ci yerdədir”.
Çexiyada bakalavr təhsili alan Məhəmməd Məhərrəmov:
“Çexiyada vəziyyət heç də ürəkaçan deyil. İtaliyaya yaxın olması səbəbilə virus burada sürətlə yayılır. Digər Avropa ölkələrindən fərqli olaraq, Çexiyada dünyanın bir çox ölkələrindən tələbələr təhsil alır. Bu səbəbdən ölkədə ilk olaraq tələbələr məcburi tibbi yoxlanışdan keçiblər. Hazırda mənim özümdə də koronavirusun simptomları aşkar edilib. Bütövlükdə yataqxanamız karantinə alınıb və yoxlanışlar davam edir”.
Türkiyədə magistratura təhsili alan Yadigar Nağıyev:
“Hazırda virusa yoluxanların sayında artım müşahidə olunur. Türkiyə də digər dövlətlər kimi, ölkəyə giriş-çıxışları qadağan edib. Xaricdən gələnlər isə 14 gün karantinə alınır. Ölkə daxilində yoluxma hallarının qarşısının alınması üçün Azərbaycanda tətbiq olunan qadağalar tətbiq edilir. Saat 21:00-dan sonra müəssisələrin işləməsi və insanların kütləvi şəkildə toplaşması qadağan edilib. Bu gündən isə verilən qərarla ölkə daxilində orta və ali təhsil müəssisələrində təhsil dayandırılıb. Türkiyədə hazırda ən böyük problem maska və odekolon çatışmazlığıdır. İnsanların tələbi çox olduğu üçün maska çatmır”.
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA