sedanews.az
sedanews.az

Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü

30-10-2024, 12:20 145 dəfə baxılıb

                                        2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub



Axar.az xəbər verir ki, Modern.az bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.
Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu.
Görünür, qeyri-rəsmi qadağa artıq aradan qalxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA