sedanews.az
sedanews.az

Sərkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə...

6-11-2020, 11:02 489 dəfə baxılıb

Sərkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə...

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın ofisi ölkənin Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumat verməkdə ittiham edib.
Axar.az “168.am”a istinadən xəbər verir ki, açıqlamada Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın 2018-2019-cu illərdə Ermənistanın həmişəkindən daha çox silahlandığı haqda rəsmi bəyanatı şərh edilib.
“Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da reallığı qəsdən təhrif edir. Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq əxlaqsızlıqdır, demək olar ki, “günahkar” axtarmaqdır. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA