sedanews.az
sedanews.az

Azərbaycanın beş Milli Qəhrəmanının məzar daşları hazırlandı - ÖZƏL

15-01-2021, 10:41 436 dəfə baxılıb

Azərbaycanın beş Milli Qəhrəmanının məzar daşları hazırlandı - ÖZƏL




Qubadlıdan olan beş Milli Qəhrəmanın məzar daşı Qubadlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hazırlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qubadlı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, məzar daşları hazırlanmazdan qabaq Milli Qəhrəmanların ailələri ilə razılaşdırılıb:
“Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı öz daxili imkanları hesabına Qubadlı rayonundan olan beş Milli Qəhrəmanımızın məzar daşının hazırlanmasını tapşırıb. Həmin Milli Qəhrəmanlarımızın məzar daşları artıq hazırdır. Ailələri də məzar daşlarına baxıb və razılıqlarını veriblər.
Hələ dəqiq tarix bəlli deyil, lakin qısa zaman ərzində məzar daşlarının Qubadlı rayonunda qoyulması gerçəkləşdiriləcək”.
Könül Cəfərli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA