sedanews.az
sedanews.az

“Şərikli çörək” filminin ssenaristi vəfat edib

Bugün, 10:01





Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.
sedanevs.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, A.Axundova sentyabrın 16-da dünyasını dəyişib.
Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1971-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi.
Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmləri də daxil olmaqla, 15 ekran əsərinin ssenari müəllifidir.
O, 50-yə yaxın tərcümə, 30-dan çox orijinal kitabın müəllifidir.

Allah rəhmət eləsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA