sedanews.az
sedanews.az

Nazir: Təhsilin məzmunu dəyişikliyə məruz qalacaq

15-02-2021, 11:17 449 dəfə baxılıb

Nazir: Təhsilin məzmunu dəyişikliyə məruz qalacaq

Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil sahəsində hər zaman ləng dəyişən məsələ təhsilin məzmunudur. Ən qədim “tədris planı”, yəni fənlər və onlara ayrılan saatlar 1960-cı ilin sonundan 2020-ci ilə qədər nəinki bizim ölkədə, eləcə də bütün dünyada bir o qədər də dəyişməyib.
Bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, bütün bu dəyişikliklər kifayət qədər müqavimətlə üzləşir:
“İnsanlar özlərinin keçmişinə qayıdıb “biz məktəbdə oxuyanda belə idi” deyib gələcək nəsli də elə öyrətmək istəyir. Biz qəbul etməliyik ki, bütün sahələrdə baş verən dəyişikliklər kimi təhsilin məzmunu da dəyişməyə məruz qalacaq. Sadəcə zamanında və düzgün dəyişiklik edilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA