sedanews.az
sedanews.az

Fars qardaşlarımız görün nə edir...

13-09-2021, 12:10 272 dəfə baxılıb

Fars qardaşlarımız görün nə edir...



Deməli, iyul ayının 11-dən avqust ayının 8-dək 4-ü yük, 31-i isə benzin daşıyan avtomobil olmaqla 35 maşın Laçın dəhlizindən rus sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə 70 səfər edib. Təsəvvür edirsiz? 70!
İranın Azərbaycandakı səfiri dəvət edilib, Ona etiraz notası təqdim edilib, İranın yeni rəhbərliyindən bu qanunsuzluqlara bir əncam çəkiləcəyinə ümid izhar edilib. Amma fars əlifbası tərsinə oxunur axı.
Bir qədər də keçir. Avqust ayının 11-dən sentyabr ayının 10-dək müxtəlif təyinatlı 58 yük maşını yanacaq-sürtkü materialları ilə XankəndiYə daxil olub. Onlardan 55-i geri dönüb. Yəqin yenidən qayıtmaq məqsədilə.
Deməli, fars qardaşlarımız neynir. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə yaxınlaşanda İran yük maşınlarının dəqiq sayının gizlədilməsi məqsədilə İran maşınlarının nömrəsi erməni qeydiyyat nömrələri ilə əvəz edilir. Amma burda iranlı dostlar yüngül bir ehiyatsızlıqdan özlərini ələ veriblər. Çünki maşından maşına qoyulan nömrələr təkrarlanır. Bu da onların fotosübutu.
İndi aydın olur nə üçün İRNA agentliyi Gorus-Qafan yolunun bağlanmasından təşvişə düşərək vebinar keçirmişdi. Yadınızdasa, vebinar iştirakçıları yekdilliklə bəyan etmişdilər ki, İran regional güc kimi qüvvələr balansını saxlamalıdır. Bu ifadəni diplomatikdən adi dilə çevirsək, belə alınır: İran ermənilərlə azərbaycanlıların eyni gücdə olmasına çalışmalıdır. Bir az da incələsək, belə: Azərbaycanlılar ermənilərdən güclü olmamalıdır.
Bütün bu söhbəti biz ona görə edirik ki, Tarixi qələbəmizin üstündə dolaşan bədxah qüvvələri yaxşı görək, hər birimiz başa düşək ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi kimlərin ürəyindən deyil. Baxın, qardaş İran qardaş Azərbaycanın başı üstündən, kürəyi arxasından qardaşı separatçılara yanacaq aparır. Və şübhəsiz ki, təkcə indi yox. Bəs indi biz nə bilək ki, dünənki yanğında istifadə olunan benzinin neçə litri İrandan daxil olmuşdu, axı oğru yolunun tarixi uzundu...
Və hardan bilək ki, İrandan gələn sürtkü yağı hara çəkiləcək və kim əmin ola bilər ki, bu maşınlarda aparılan doğrudan benzindi, məsələn, silah-sursat deyil. Aparan qardaş İran, yoxlayan qardaş rus, maşınından nömrəsini açıb başqasına nömrə gələn İranın hərəkətlərinə müttəfiq Rusiya göz yumur.
Bax belə. Həm də dost-qardaş İranda əla bir fars məsəli var: dəvəquşuna deyirlər: "Yük apar", deyir, "Mən quşam". Deyirlər: "Uç", deyir: "Mən dəvəyəm". İndi bu qardaş nə vaxt və kimdən ötrü dəvədir, nə vaxt və kimdən ötrü quş?
Bu sual açıq qalır. Azərbaycan öz münasibətlərində səmimidir. Yanaşmasında səmimidir. O, qonşu İrandan da, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından da eyni ləyaqəti tələb edir. Bu yaxınlarda Rüstəm Muradov getdi, nə qaldı yadda? Sülhməramlının arxasında saxladığı minaatan və ya altdan-altdan “samovolka”lara çıxıb arxasında hamilə erməni qadını saxlayan əsgər!
Belə çıxır ki, Qarabağı oğru gözündən qorumaq üçün Gorus-Qafan yolunu daha bir dəfə profilaktiki məqsədlərlə bağlamaq lazımdır. Çünki söhbət təkcə Qarabağa oğru yolundan getmir. Həm də qanunsuz miqrant axını təhlükəsi də var. Hadisələr göstərir ki, Rusların müvəqqəti yerləşdiyi ərazidə ənənəvi rus intizamsızlığı, pofiqizminə yol verilir. Bu gün Əfqanıstandan qanunsuz miqrant axınının baş verdiyi vaxtda fəsadlar daha ağır ola bilir. Əfqanıstandan İrana, İrandan Ermənistana, Ermənistandan isə oğrun yollarla Qubadlıya qanunsuz miqrant axını mümkündür. Gorus-Qafan yoluna həm də bu problemin fonunda baxmaq lazımdır.
Sadə İran xalqı isə öz zənnində yanılmamalıdır. O, bu gün də elə bilir və haqlı olaraq elə bilir ki, Şuşa məscidində də, Bakı Məscidində də, Tehran məscidində də, Təbriz məscidində də qiblə birdir...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA