sedanews.az
sedanews.az

Türkiyədən Bakıya yaxın vaxtlarda 170 ədəd yeni avtobus gətiriləcək

23-12-2021, 16:38 607 dəfə baxılıb

Türkiyədən Bakıya yaxın vaxtlarda 170 ədəd yeni avtobus gətiriləcək


Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin BMC şirkəti arasında imzalanan müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların paytaxta çatdırılması prosesinə başlanılacaq.
"Report" xəbər verir ki, bu barədə Agentliyin hazırladığı 2021-ci ildə sərnişindaşımanın təşkilinə dair hesabatda qeyd edilib.
Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.
"Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən 150 ədəd avtobus paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və "Avro 6" standartına uyğun avtobusların hamısı 12 metrlikdir", - məlumatda deyilir.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA