sedanews.az
sedanews.az

Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb

14-01-2022, 16:23 354 dəfə baxılıb

                           Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 10.01.2022-ci il vəziyyətinə görə məlumat yayıb.
Qurumdan REAL-a daxil olan məlumata görə işğaldan azad olunan ərazilərdə icra olunan yol infrastrukturu layihələri aşağıdakı kimidir:
1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaq
yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu km-də körpülərin, 52, 71, 77, 78, 80-ci km-də tunellərin və 60, 68-ci km-də alt keçidlərin tikintisi aparılır.
2 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

- texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
- görülmüş işlər: 12-13 km-də torpaq yatağında qazma işləri, 12.8 km (10x5) və 13.3 km-də (6x5) suötürücü boruların inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 m təşkil edir. 12.8-13-cü km-də mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
3 Kəlbəcər -– Laçın avtomobil yolu
- texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
- görülmüş işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
4 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəriciləri: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 78%, torpaq yatağının və yol geyimi tikintisi işləri 20%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.
5 Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
- texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 27% icra olunub. Ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.
-
6 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu
- texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində ilk 37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi 6%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub. Ümumi icra vəziyyəti 24% təşkil edir.
7 Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. .
8 Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
- texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 55%, yol geyimi 13%, boru və keçidlərin tikintisi 59%, körpülərin tikintisi 53% icra olunub.
9 Füzuli – Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 70% icra olunub.
10 Hadrut-Tuğ-Azıx avtomobil yolu
- texniki göstəriciləri: 22,0 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
- görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1.4 km-lik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılir və yeni yol əsası inşa edilir.
11 Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 49.6%, yol geyimi 13.5%, boru və keçidlərin tikintisi işləri 37.8%, körpülərin tikintisi 87.9% icra olunub.
12 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Yolun ilk 8.5 km və 10-22 km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA