sedanews.az
sedanews.az

Quba rayonunda qum-çınqılın qanunsuz hasilatı çay məcralarını istismar edib - FOTO

23-02-2022, 15:07 434 dəfə baxılıb

“Quba rayonunda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qalıb. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisi Sadiq Əmiraslanov bildirib.
Onun sözlərinə görə, Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib:
“Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.
Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş verib”.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək fikrində olmadığını bildirib:
“Onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada aparılması tələb olunur. Biz anlamalıyıq ki, ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir”.
Azər Şükürov onu da əlavə edib ki, agentlik icazə sənədi ilə ayrılmayan sahədən və dərinlikdən hasilata və ətraf mühitə dəymiş ziyana görə ödəniləcək cərimələrin məbləğlərini hesablayaraq müəyyən etdiyi ziyan məbləğləri ilə bağlı məhkəmələrdə iddialar qaldırır:
“Ziyanın yekun məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA