sedanews.az
sedanews.az

Beynəlxalq fondlara çağırış

1-04-2022, 13:57 278 dəfə baxılıb

                                          




    “Minatəmizləmə sahəsində qlobal fondun yaradılmasını təklif edirik”
"Biz Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir".
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidir.
Hiikmət Hacıyev həmçşinin qeyd edib ki, təəssüf ki, son rəqəmlər beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlərin azaldığını göstərir.
Prezidentin köməkçisi bildirib: “Azərbaycan hökuməti minatəmizləmə sahəsində qətiyyətli addımlar atır. Azad olunan ərazilərə milyonlarla mina yerləşdirilib. Azərbaycan hökuməti bu dağıdıcı addımlara quruculuqla cavab verir. Əsas prioritetimiz daha çox insanın həyatını xilas etmək, bu torpaqların minalardan təmizlənməsi və vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməkdir”.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA