sedanews.az
sedanews.az

Ağalı və Talış kəndlərində heyvan kəsimi üçün çadırlar quraşdırılıb

23-06-2023, 12:12 183 dəfə baxılıb


  "Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş zonalarda - Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb".
  REAL xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Elina Sulyayeva “Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq”də bildirib.
  Onun sözlərinə görə, çadırlarda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları da fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir.
  E.Sulyayeva bildirib ki, AQTİ-nin Bərdə və Göygöl rayonlarında stasionar baytarlıq laboratoriyaları var: "Bayram günlərində zərurət yaransa, nümunələr təcili olaraq həmin laboratoriyalara çatdırılaraq müayinə ediləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA