sedanews.az
sedanews.az

Cəbrayılın Horovlu kəndinin gələcək görünüşünü əks etdirən videoçarx hazırlanıb

19-10-2023, 15:24 217 dəfə baxılıb

  Cəbrayıl rayonunun Horovlu kəndinin gələcək görünüşünü əks etdirən videoçarx hazırlanıb.
REAL xəbər verir ki, videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib.
Görüntülərdə kəndin işğal illərində olan dağıntılı vəziyyəti, eləcə də yenidənqurmadan sonrakı simasının layihəsi nümayiş olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Horovlu kəndinin təməlini bu ilin may ayının 4-də qoyub. İlk mərhələdə kəndə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb. Həmçinin kənddə kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA