sedanews.az
sedanews.az

Hərbi xidmətdən yayınmaq mümkün olmayacaq!

19-07-2024, 10:01 228 dəfə baxılıb


   Artıq həkimin saxta rəyi əsasında hərbi xidmətdən yayınmaq mümkün olmayacaq.

  Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Burada 4 kateqoriyadan olan çağırışçılar yoxlanılır.
   Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.
Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır.
  O da qeyd olunub ki, bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA