sedanews.az
sedanews.az

Bu gündən yeni tədris ili başlayır

16-09-2024, 08:04 136 dəfə baxılıb

   Bu il ümumi təhsil müəssisələri üzrə 513 min 698 şagird təhsil alacaq
   Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.
  Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.
  Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub.
  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.
  Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA