sedanews.az
sedanews.az

Möminə Xatın Türbəsinin restavrasiyası üçün avstriyalı mütəxəssislər Naxçıvana gəlib

24-09-2024, 10:16 101 dəfə baxılıb

   Möminə Xatın Türbəsinin restavrasiyası üçün Avstriyadan olan mütəxəssislər Naxçıvana gəlib.
"Report"un yerli bürosu xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın Türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması üçün Avstriyanın “Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə imzalanıb.
  Şirkətin rəhbəri Erik Pumer və işçi qrupu artıq Naxçıvana gəlib, Möminə Xatın Türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.
  Qeyd edək ki, adıçəkilən şirkət Azərbaycanda bu sahədə beş ildən artıqdır fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA