sedanews.az
sedanews.az

Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu

27-10-2020, 11:15 45 dəfə baxılıb

Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu 

Tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

“BakuPost” xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.

Xalqı artisti saytımıza açıqlamasında bildirdi ki, qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib:

“Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA