sedanews.az
sedanews.az

Qubada ana və körpə doğuş zamanı ölüb - YENİLƏNİB

22-08-2024, 14:57 515 dəfə baxılıb



  21.08.2024-cü il tarixində 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
  Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
***
12:48
  Qubada ana və körpəsi doğuş zamanı ölüb.

Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

  "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.

  Belə ki, doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı əməliyyat zamanı o, və körpəsi dünyasın dəyişib.

Bu S.Nəsirovanın ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA