sedanews.az
sedanews.az

2 məşhur sabiq məmurun fantastik sərvəti - Siyahı

4-02-2021, 15:07 499 dəfə baxılıb

2 məşhur sabiq məmurun fantastik sərvəti - Siyahı

Son günlər sosial şəbəkələrdə bəzi məmurların sərvətləri barədə məlumatlar və fotofaktlar paylaşılaraq tənqid edilir.
Axar.az hazırda sosial şəbəkələrdə aktiv müzakirə edilən 2 sabiq məmura aid olduğu bildirilən sərvətləri təqdim edir:
Ötən gün mətbuatda həbsi barədə məlumat yayılan sabiq nazir Səlim Müslümovun büdcədən 2-2,5 milyardan çox vəsaiti mənimsədiyi iddialar sırasındadır.
Bir müddət öncə də Müslümov “Zeytunluq” deyilən ərazidə tikdirdiyi beşmərtəbəli villası ilə gündəmə gəlmişdi.
Sabiq nazirin oğlu Turqay Müslümlüyə məxsus olduğu iddia edilən Orion Konstrakşn MMC, Orion Qlobal MMC, Orion Kars MMC, Orion Kreativ Soluşns MMC şirkətləri də Müslümovlar ailəsinin sərvətləri arasındadır.
Sabiq müdafiə naziri Səfər Əbiyev nazirliyin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirdiyi iddia edilib. Əbiyevin Hərbi Akademiyanın qarşısında və Teymur Əliyev, Həsən Əliyev küçələrində, “Şüşəli bazar”ın arxasında, Həzi Aslanov qəsəbəsində, Xəzər rayonu, Şimal DRES ərazisində villalarının olduğu bildirilir.
Bundan başqa Qubada 100 hektardan çox torpağı, 30-dan çox avtomobil olan avtoparkı, Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada bir neçə mənzili, “Avropa” otelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binası, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzilləri, "Sahil” metrosu yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaları, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketləri, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı da Əbiyevin sərvətləri arasında olduğu iddia edilir.
Bundan başqa İsa Nəcəfova məxsus olduğu deyilən Tusi Klinikasının da əslində Səfər Əbiyevin obyektlərindən biri olduğu iddialar sırasındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA