Azərbaycanda karantin rejiminin şərtlərinin və tələblərinin yüngülləşdirilməsi prosesi başlanıb. Amma bu proses hər an dayana bilər. Hətta geriyə qayıdış da istisna olunmur: daha sərt şəkildə, daha ağırlaşdırılmış qaydalarla.Səbəb bəsitdir. Yetər ki, küçəyə çıxın və Bakı sakinlərinə baxın.
Tam əksəriyyəti maskasız, sosial izolyasiya məsafəsinə riayət etmədən yeriyən, sanki heç nə olmamış kimi davranan insanlar.
Halbuki COVİD-19 koronavirusu bəşər övladının indiyədək üzləşdiyi ən təhlükəli bəlalardan biridir.
Əfsuslar olsun ki, bunu vətəndaşlarımız arasında anlayan azdır.
Karantin rejiminin yumşalmasını koronavirus bəlasının tam sovuşması sananlar, "əşşi, mənə heç nə olmaz" deyənlər artıq anlamalı ki, sadəcə, öz sağlamlıqları ilə yox, ailə üzvlərinin, tanışlarının və iş yoldaşlarının, habelə əsla tanımadıqları onlarla insanın həyatını riskə atırlar.
Karantin rejimindən usandıqlarını deyirlər.
Rejimin aradan qalxmamasının səbəbkarı isə belə vətəndaşlardır.
Dünya ölkələrində isə durum fərqlidir.
Yaponiyanın iqtisadiyyatın bərpası ilə bağlı işlər üzrə naziri Yasutosi Nisimuranın dediyinə görə, ölkədə karantin rejiminin müddəti mayın 31-dək uzadılır. Səbəb trivialdır: "Gündoğar ölkə"də karantin rejiminin tələblərinə tam əməl olunmur.
Polşada bu gündən etibarən otellər və ticarət mərkəzləri açılıb. Sadəcə, otellərdə uşaq otaqlarından, hovuzlardan istifadə etmək, diskotekalar keçimək yasaqdır. Bundan başqa, Polşada ən yaxın günlərdə muzeylər, art-qalereyalar, kitabxanalar, arxivlər və kitab dükanları fəaliyyətlərini bərpa edəcəklər.
Serbiyada martın 15-dən bəri tətbiq olunmuş fövqəladə vəziyyət bu həftənin sonunda ləğv olunacaq. Bu gündən etibarən avtobuslar və dəmiryol nəqliyyatı işə düşür, ticarət mərkəzləri, kafelər və restoranlar açılır.
Fransa isə Avropa Birliyindən və Britaniyadan gələnləri artıq 2 həftəlik karantinə yollamayacaq. Buna rəğmən, ölkədə fövqəladə sanitar rejim iyulun 24-dək uzadılıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.
Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür. Bəs Azərbaycanda virus nə vaxt bitəcək? Kanatin rejimində yumşalma baş verərsə, vətəndaşlar artıq xəstəliyin bitdiyini hesab edə bilər?
Koronavirusdan sağalanların sayının çox, yeni yoluxanların sayının isə az olması ümidverici rəqəmlər olsa da, mütəxəssislər karantin qaydalarına əməl etməyi məsləhət görür.
Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki, prezidentin əksepidemik tədbirləri nəticəsində ölkədə yoluxanların sayı digər ölkələrə nisbətdə azdır. Amma bu rəqəmlərə arxayın olub qaydalara əməl etməsək, yenidən yoluxma sayı arta bilər.
Mütəxəssis deyir ki, infeksiya ölkəmizdə axırıncı yoluxma halı kəsildiyi vaxta qədər davam edəcək.
Koronavirusa qarşı əsaslı mübarizə aparan ölkələrdən biri Almaniyada da bu məsələyə həssaslıqla yanaşılır.
Heç inanmaq olmur ki, almanlar bax belə günəşli havanın cazibəsi qarşısında davam gətirə bilib evdə qaldırlar. Adətən almanlar günəşli havalarda parklara çıxırlar, günəş qəbul edirlər. İndi isə evdə qalıblar.
Qeyd edək ki, bu günə qədər Almaniyada 148 mindən çox insan koronavirusa yoluxub 5100 nəfər isə dünyasını dəyişib.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitunun direktoru Fauki koronavirusla bağlı yeni açıqlama verib.
"Bu virus bir anda yer üzündən silinməyəcək. Bu da o deməkdir ki, koronavirusun ikinci dalğasının baş verməsi qaçılmazdır. Virus gələcəkdə yenidən ortaya çıxacaq, bəlkə də heç vaxt məhv olmayacaq" sözlərini deyib.
Fauki, həmçinin ştatların karantin qaydalarını vaxtından tez yumşaldılmamalı olduqlarını da bildirib.
"İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir", - bunu isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mətbuat konfransında Azərbaycanda gözlənilən koronavirusun ikinci dalğasının təhlükə dərəcəsindən danışarkən deyib.
Hande Harmancı koronavirusun növbəti dalğalarını daha böyük təhlükənin qarşısını almaq baxımından uyğun sayıb:
"İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir. Biz bu epidemiyanı ölkədə "basdırmağa" çalışdığımıza baxmayaraq bilirik ki, virusa qarşı müxtəlif tədbirlər görülsə də ikinci dalğa başlayacaq. Əgər gördüyümüz qabaqlayıcı tədbirlər uğurlu alınarsa, ikidən çox dalğa da ola bilər. Çünki bu virusu "basdırmaq" lazımdır, əlimizi çəkdiyimiz zaman bir az yenə yuxarı çıxacaq, çıxdığını görüncə yenidən basdıracayıq. O zaman əlimizi bir az çəkincə üçüncü dalğa da baş verəcək. Üçüncüyə qalib gəldikdə əlimizi çəkincə dördüncü dalğa da başlaya bilər.
İstədiyimiz şeydir bu əslində. Çünki tək dalğa olarsa, o dalğanın fəsadları çox böyük olacaq, çox insan çox sürətlə virusa yoluxacaq, onu istəmirik. Nə istəyirik, yavaş-yavaş, kiçik dalğalar yaratmaq istəyirik ki, səhiyyə sistemimiz qarşısını ala bilsin".
... Maksimum dərəcədə sayıq, diqqətli və ehtiyatlı olmalıyıq. Koronavirusun ikinci dalğasının Azərbaycanı vurmasını istəmiriksə...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Gəncədə bir gündə 32 nəfər koronavirus infeksiyasına yoluxub
Xüsusi karantin rejiminin yumşaldılmasından sonra vətəndaşlarda yaranan arxayınlığı ehtiyatsızlıq kimi qiymətləndirirəm. Vətəndaşlar unutmamalıdırlar ki, virusun ikinci dalğası istisna edilmir, təhlükə sovuşmayıb.
Karantin rejimi yumşaldıldı: Bakıda son durum...
ÜST açıqladı: Karantin rejimi necə ləğv edilməlidir?
Diqqət: Bu şəxslərin icazələri ləğv edilir
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Fermerlərin torpağı əlindən alına bilər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Bu gün Milli Musiqi Günüdür
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb