sedanews.az
sedanews.az

Bu sözümə at, it və eşşəklər etiraz edə bilər

14-04-2020, 13:24 548 dəfə baxılıb

Bu sözümə at, it və eşşəklər etiraz edə bilər




                Mən siyasi partiya rəhbəri, Milli Məclisin deputatı kimi media ilə də, seçici ilə də bütün mümkün vasitələrlə əlqələri saxlayıram, informasiya məkanında, sosial şəbəkədə aktiv çalışmalarımı davam etdirirəm. Bu əlbəttə, mənim hər şeydən öncə bir vətəndaş borcumdur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.
Deputat bildirib ki, ölkədə karantin rejiminin tətbiqi ilə bağlı çağırışlar edir, insanları maarifləndirməyə çalışırıq, insanların daha səbirlə bu çətinlikləri aşmasını töfsiyə edirik:
“Bir qrup şəxs var ki, bunlar çıxışların altında yazdıqları şərhlərdə bu çağırışlara görə şəxsimizi əsassız olaraq təhqir edirlər və vurğulayırlar ki, biz bu və ya digər səbəbə görə evdə oturmaq istəmirik. Anlayıram ki, bu cür çağırışlar onları rahatsız edir və narazılıqlarını dilə gəririrlər. Ona görə də bu gün bir televiziyaya verdiyim müsahibəmdə müraciətimi konkret ünvanlara yönəltdim. Dedim ki, ağlı başında olan, qanunlara hörmət edən, özünün və ailəsinin təhlükəsizliyini düşünən, öz passiv dəstəyi ilə qəhrəman tibb işçilərimizin və polislərimizin çalışmasını asanlaşdıran, savadlı-savadsız, şəhərli-kəndli, villada, gecəqonduda, yeni və ya köhnə tikilidə yaşayan məsuliyyətli vətəndaşlarımızın xüsusi zərurət olmadıqca küçələrə çıxmamasını, evində, həyətində qalmasını xahiş edirəm. Maddi durum anlayıram ki, arzuladığınız kimi deyil, hökumət maddi dəstəyi bütün gücü ilə hər bir ehtiyacı olan ailəyə çatdırmaq üçün səfərbərdir. İşığın da limiti 100 kilovat artırıldı, bank borclarının da məsələsinə yaxın günlərdə aydınlıq gələcək. Bu gün evdə qalmağa səbirsizlənənlər, 15-20 gün xəstəxanada ölüm qorxusu altında yataqda qalanda nə qədər yanlış düşündüyünü anlayacaq və bəlkə də bu gecikmiş peşmançılıq olacaq. Ona görə də çox xahiş edirəm, mənim müraciətimi bütün şüurlu, məsuliyyətli insanlar diqqətə alsınlar. Bu çağırışıma bütün atların, uzunqulaqların, itlərin, pişiklərin, meymunların və siçovulların etiraz etməsindən də qətiyyən inciməyəcəyəm. Sadəcə təmənnam budur ki, onlar yazı yazmaq qabiliyyətləri olmadığından öz ürəklərindən keçənləri bir sıra ikiayaqlı məxluqlara sosial şəbəkədə təhqir formasında yazdırmasınlar. Əlbəttə, bu həmin məxluqlar üçün karantin qaydalarının pozulması kimi qiymətləndirilməyəcək. Karantin də cinayət cəzası, inzibatı tənbeh tədbiri kimi anlaqlı insanlara şamil olunur”.
Deputat bildirib ki, "evdəqal!" tələbinə etiraz edənlərə, qəsdən insanların həyatını təhlükəyə atanlara, hökumətin apardığı sərt tədbirlərə qarşı təxribatla məşğul olanlara qarşı mənəvi-tərbiyəvi tədbirlər də görmək olar:
“Məslən, bu şəxsləri cəmi bircə gün koronavirus xəstələrinə xidmət edən tibb işçilərinin yanında təmizlik işlərinə cəlb etmək olar. İnanın ki, o qəhrəman tibb işçilərimizin hansı məşəqqət içində gecə-gündüz çalışdıqlarını gözləri ilə görəndən sonra heç qışqırıb çağırsan belə, evdən çölə çıxmayacaqlar. Kimsə hüquq zəkası nümayiş etdirib deməsin ki, bu, insan haqlarına ziddir. Burada insanlardan söhbət getmir ki... İnsanlar bu mübarizədə həmrəydirlər!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA