sedanews.az
sedanews.az

Ordumuz az əraziləri işğaldan azad edib? - ƏSLİNDƏ HƏQİQƏT BELƏDİR...

9-10-2020, 15:24 507 dəfə baxılıb

Ordumuz az əraziləri işğaldan azad edib? - ƏSLİNDƏ HƏQİQƏT BELƏDİR...

"Bir çoxları sual verir ki, əks-hücum əməlliyyatının başlamasından 12-13 gün keçib və bizim ordu çox az əraziləri azad edib. Eyni zamanda Rusiya və başqa ermənipərəst KİV-lərdə fikir formalaşır ki, Azərbaycan ordusunun əks-hücumu boğulub, "blitskriq" (ildırımsürətli müharibə) alınmayıb və 10 gün ərzində tapşırıq yerinə yetirilməyib".
Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik İlqar Əliyev deyib.
Polkovnik bildirib ki, Azərbaycan ordusu plan üzrə irəliləyir:
"Bu fikirlər qeyri peşəkarlıq və sovet (Rusiya) şablon taktikasına (strategiyasına) bağlı olan ekspertlərin analizlərindən irəli gəlir. Burada çox şeyləri açıqlamaq niyyətində deyiləm, amma ümumi məzmunda açıqlayacam: 
1. Azərbaycan heç "blitskriq" planlaşdırmamışdı, əksinə real əməliyyat şəraitini qiymətləndirərək öz stratejiyasını qurmuş və planlı olaraq onu həyata keçirir. 
2. Heç bir hərb məharəti ədəbiyyatında 28 illik müdafiə hazırlıq və onu nəcə yarılması və darmadağın edilməsi barədə heç bir şey yoxdur. Bu sahədə Azərbaycanın şanlı ordusu gələcəkdə taktika, əməliyyat və strategiya üzrə dərsliklərə düşəçək və tədris ediləcək praktikada təcrübədən keçirilən bir teoriyanın müəllifi oldu. İnşallah müharibə bitsin, mən çalışacam bu fikirləri geniş açıqlayim, çünki hazırda bu açıqlamanı düşmən də oxuya bilər.
3. Dediyim kimi, bir çox Rusiya ekspertləri deyir ki, biz heç yaxın tapşırığı yerinə yetirməmişik və anlamırlar ki, biz onların nəzərdə tutduğu taktikaya və strategiyaya bağlanmamışıq. 
4. Azərbaycan ordusunun əks-hücum əməlliyyatının mərhələləri, onun məqsədlərindən irəli gəlir. 
Hücumun məqsədləri:
A) Düşməni darmadağın etmək
B) Əhəmiyyətli rayonları (hədləri, obyektləri) ələ keçirmək 
Hazırda Azərbaycan ordusunun yaxın tapşırığı a) bəndidir - yəni, düşməni darmadağın etmək. Darmadağın dedikdə düşmənə elə bir tələfatın verilməsi başa düşülür ki, o, tam və ya qismən öz döyüş qabiliyyətini itirmiş olsun. Bu mərhələ uğurla həyata keçirilir.
Ay ermənipərəst hərbi ekspertlər niyə yazmırsıniz ki, sizin taktikaya uyğun olaraq düşmən əməlliyat düzülüşü dərinliyində tətbiq edəcəyini planlaşdırdığı ehtiyyat qüvvələri birinci mövqedə artıq döyüşə saldı? Çünki onu Azərbaycan ordusu məcbur etdi və demək olar ki heç birinci müdafiyə xətti dərinliyində deyil, birinci mövqe dərinliyində darmadağın etdi.
Belə bir anlayış var, "ağırlıq mərkəzi". Ağırlıq mərkəzi əsas döyüş potensialı müyyən edən qüvvələr və təminatdır (bəzi hallarda mühum ərazi sahəsi, yollar və bu ərazidə müdafiə olunan qüvvələr). Beləliklə, bizim əsas tapşırığımız düşməni və onun ehtiyyatlarını bizim üçun əlverişli ərazilərə çəkərək (məcbur) darmadağın etmək, taqətdən salmaq və ağırlıq mərkəzlərini məhv etməkdən ibarətdir.
İkinci mərhələ b) rayonların işğaldan azad edilməsi birinci mərhələdən sonra çox asan olacaq, inanın. 30 ildir ermənilər hazırlaşırlar. Biz giclə, dəliylə, qoyunla müharibə aparmırıq. Biz ağıllı, çox bic, hiyləgər düşmənlə mübarizə aparırıq. 30 ildir Ermənistan hazırlaşır, işğal etdikləri torpaqları qazıq-qazıq edib. Müharibə qıraqdan baxana asan gəlir. Yuxarıda da qeyd etdiyim kimi, biz ilk dövrlərdə əsas ərazi götürməyə yox, düşmənin hərbi, iqtisadi potensialını əsasən məhv etməyə çalışırıq. Onu vurub sıradan çıxardandan sonra, Ermənistanın sabah bizə qarşı potensialı olmayacaq ki, şərtlər irəli sürsün.
Qələbə bizimdir, Qarabağ Azərbaycanındır!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA