sedanews.az
sedanews.az

Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər -

30-10-2020, 15:17 503 dəfə baxılıb

Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər -

UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.
Bir neçə gün öncə idmançı karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib:
“Qoy, Uca Allah söz azadlığı şüarı altında 1,5 milyarddan çox müsəlmanın inancını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu görəcəksiniz.
Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA