sedanews.az
sedanews.az

Rusiya sülhməramlıları Kəlbəcərə yüklərin daşınmasına kömək edir

16-02-2021, 11:14 391 dəfə baxılıb

Rusiya sülhməramlıları Kəlbəcərə yüklərin daşınmasına kömək edir 


Rusiya sülhməramlı kontingenti tərəfindən sosial obyektlərin və yaşayış binalarının enerji, su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükün Kəlbəcərə çatdırılması təmin edilib.
Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Məlumatda daşınan yüklərin generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materiallarından ibarət olduğu bildirilir.
Qeyd olunur ki, yüklərin daşınması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA