Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla Moskva görüşü bir çox məsələyə yenidən aydınlıq gətirdi.Aydın olan məsələrdən biri isə Rusiyanın Azərbaycanın qəti mövqeyi ilə üzləşməsidir. Rəsmi Bakı daha heç kimə güzəşt etmək fikrində deyil. Belə ki, Lavrov-Mirzoyan görüşündən belə nəticə çıxdı ki, 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın Minsk Qrupundakı yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu. Çox güman ki, səfərin səbəblərindən biri məhz Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri məsələsi olub. Rusiya öz vasitəçiliyini nümayiş etdirməklə Ermənistana "məndən başqası yalan" deməyə çalışmaqla yanaşı, "əsir-mina xəritəsi" məsələsini birdəfəlik həll edərək Qərbin bölgədə istənilən mövcudluğunu deaktiv etməyə çalışır. Amma görünür Xovayevin Bakı səfəri rəsmi Moskvanın gözlədiyi kimi yekunlaşmayıb. Elə buna görə də erməni jurnalistinin Azərbaycanın əsir mübadiləsinə dair öhdəlikləri güya yerinə yetirməməsi haqda sualına cavab olaraq Lavrov Ararat Mirzoyanla ötən keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında müxbirin simasında Ermənistanı və onun yeni nazirini verdiyi cavabla rüsvay edib. O bildirib ki, üçtərəfli bəyanatın indi Bakıda saxlanılan əsirlərlə (diversantlarla) əlaqəsi yoxdur. Azərbaycanda saxlanılan şəxslər əsir mübadiləsindən sonra, noyabrın sonunda saxlanılanlardı.
Maraqlısı orasındadır ki, indiyə qədər ermənilər Azərbaycanı diversantları qaytarmamaqla bağlı hər dəfə günahlandırarkən, 10 noyabr sənədlərinə istinad edirdilər. Amma Lavrovun bu cavabı rəsmi İrəvanın daha bir bəhanəsini əlindən aldı. O ki qaldı Bakıdan Rusiya nümayəndəsi İqor Xovayevə "yox" cavabının səbəbinə, çox güman ki, Azərbaycan höküməti Moskvanın təklifinə həm mina xəritələrinin çox hissəsinin saxta olmasına görə, həm də sülhməramlı kontingentin Qarabağda separatçı rejimin qalıqlarına dəstəyinə cavab olaraq razılıq vermədi.
Bu sözləri təsdiq edəcək digər faktı diqqətə çatdırmaq istəyirəm: Prezident İlham Əliyev avqustun 14-də CNN Türk-ə müsahibəsi zamanı açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin böyük əksəriyyəti həqiqəti əks etdirmir: "Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərimizdə yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik".
Deməli, hələ o vaxtdan Bakının mövqeyi ortada idi. Artıq məlum idi ki, Azərbaycan tərəfi daha Ermənistanın "mina xəritəsi oyununa" arxayın olub, vaxt itirmək fikrində deyil, 30 illik işğala 44 günə son qoyduğu kimi, digər problemlərin də öhdəsindən heç kimə arxayın olmadan özü gəlməkdə qətidir.
Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son "Biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq" açıqlaması isə düşmənin müharibə ritorikasının bitib-tükənənə oxşamadığını göstərdi. Bu o deməkdir ki, Ermənistan regionda uzunmüddətli sülh tərəfdarı olmamaqla yanaşı, sabitliyə ən böyük təhdid olaraq qalmaqdadır. Şübhəsiz ki, bu cür revanşist bəyanatlar, Qarabağın dağlıq hissəsi ilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar onların fəlakətinə gətirib çıxaracaq. Hətta bu "siyasi kurs" Qafqazda gələcəkdə Ermənistan adlı dövlətin mövcudluğu məsələsini sual altına qoyur. Real təhlillər nəticəsində bu qənaətə gəlmək olar. 44 günlük müharibənin ağır nəticələrini aradan qaldırmaq, xalqı iqtisadi, sosial girdabın içindən çıxarmaqdansa, erməni xalqının aqibəti haqqında düşünməkdənsə, bəzi qüvvələr hələ də Qarabağın statusundan danışırlar.
Bütün bunlar azmış kimi hələ ötən gün yayılan məlumatlara görə, Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü" qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası"nda Ermənistandan qonaqların iştirakı da gözlənilir. Məlumata görə, hakim "Mənim addımım" fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizə qanunsuz səfər edərək iştirak edəcəyi deyilir.
Amma bundan bir gün öncə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov orduya "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin" əmrini verib. Əmr sentyabrın 2-dən, yəni erməni separatçı-terrorçuların qondarma "müstəqillik günü" keçirəcəyi tarixdən öncə verildi. Bu, onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Prezident İlham Əliyevin də dediyi kimi, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə nə baş verdiyini çox yaxşı müşahidə etdiyi kimi, Ermənistandakı proseslərdən də öncədən xəbər tutmaq, ona adekvat cavab vermək imkanına malikdir.
Müdafiə Nazirinin bu əmri ilə Azərbaycan qarşı tərəfə "Xankəndi və digər rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır və əgər kimsə bizim ərazimizdə bizə qarşı təxribatlara əl atarsa, mütləq şəkildə Ordumuzun tutarlı cavabı ilə qarşılaşacaq. Bunu həm separatçılar, həm də sülhməramlılar bilməlidirlər" mesajı verdi. Bəli, Azərbaycan müharibə istəmir, amma savaşa da hazırdır...
Təhməz Əsədov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Lavrovun Mirzoyanla görüşdə təzadlı iki fikri...
Əliyevin Moskvadan qayıdan kimi verdiyi mesajların şifrələri
Əliyevin Putinə zəngi: Bakının gündəmi nədir?
Ankara və Moskva razılaşdı: Türkiyənin Qarabağ şərtləri
Lavrov İrəvana gəldi, Putindən Ərdoğana zəng: Nə baş verir?
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ceyhun Bayramov Türkmənistana getdi
Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar - SİYAHI
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir (FOTO)
Eyni mərtəbədə yaşayırlar, bir-birlərini tanımırlar - Qonşuluq niyə itir?
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib (FOTO)
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi - QƏRAR
Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı
Sabah Bakıda yağış, rayonlara qar yağacaq
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Müəllim – gələcəyə yol göstərən işıq
Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi
Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN
Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edildi
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Vüqar Bayramov: "Pensiyaların indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - Təfərrüat
İlham Əliyev: Bizə əfsanə yaratmaq lazım deyil
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir (FOTO)
Pensiyalarla edilən dəyişiklik İZAH OLUNDU
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Ürəyinizə yaxşı baxın
Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib
Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb
Bu gün Cəbrayıl, Xocalı, Xocavənd öz sakinlərini qarşılayacaq
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıya gələn sərnişində 4 milyon manatdan artıq dəyərdə brilyant aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan nefti dəyər itirdi
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Putin Təhlükəsizlik Şurasını təcili topladı