sedanews.az
sedanews.az

Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi üçün uğursuz dövlətə çevrilib.

30-09-2021, 11:33 301 dəfə baxılıb

Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi üçün uğursuz dövlətə çevrilib.



Müharibə dövrü ərzində bütün kütləvi informasiya vasitələri tərəfindən daim Azərbaycana mənəvi dəstək olan qardaş Türkiyə Respublikasından bu dəfəki qonağımız Anadolu Xəbər Ajansı oldu. Ölkə başçısı cənab İlham Əliyev verdiyi müsahibədə Ermənistanın müharibədən öncəki uzun işğal dövründə yol verdiyi beynəlxalq hüquq pozuntularına, Minsk qrupu həmsədrlərinin yarıtmaz fəaliyyətinə eyni zamanada müharibə və post müharibə dövrlərindəki vəziyyətə toxundu.

Ali Baş Komandan, Ermənistanın 30 ilə yaxın dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi özbaşınalıqlardan, eyni zamanda bu müddət ərzində dəfələrlə atəşkəsi kobud şəkildə pozmasından, nəticədə günahsız vətəndaşların dünyasını dəyişməsindən danışmış və eyni zamanda qeyd etmişdir ki, düşmən cavab atəşi ilə susdurularkən belə qarşı tərəfin dövlət sərhədləri və təmas xətti heç vaxt keçilməmiş və heç bir erməni sivilinə xətər yetirilməmişdir.

Lakin buna baxmayaraq xüsusilə son dövrlərdə atəşkəsin pozulmasını daha da intensivləşdirən Ermənistan bununla da müharibəni özü başlatmış oldu. Dövlət başçısı Ermənistanın bu hərəkətinin səbəblərinin araşdırılmasının labüd olduğunu qeyd etdi.

Cənab Prezidentin toxunduğu digər məsələ isə 30 ilə yaxın dövr ərzində guya vasitəçi rolunu oynayan Mins qrupunun yarıtmaz fəaliyyəti oldu.Qeyd olundu ki, əgər Minsk qrupu vaxtında işğalçı Ermənistana kifayət qədər təzyiqlər göstərsəydi, Ermənistan sahiblənməyə çalışdığı ərazinin ona aid olmadığını başa düşər və torpaqlardan geri çəkilə bilərdi. Deməli müharibəyə səbəb olan digər amil elə məhz Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi oldu. Ölkə başçısı, “İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur” deyərək hazırkı dövrdə də Minsk qrupunun heç bir fəaliyyət göstərmədiyini vurğulamışdır.

Ermənistanın hazırda arzusunda olduğu digər məsələ isə Azərbaycan- Rusiya münasibətlərinin pozulmasıdır ki, təbii bu da elə onların arzusu olaraq qalacağına inanıram. “Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.” deyə cənab Prezident qeyd etmişdir.

Ümumiyyətlə bundan sonrakı dövrdə regioanda sülhün dayanıqlılığının təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması çox vacib məsələdir. Hazırda həm Rusiya həm İran, qardaş Türkiyənin təklif etdiyi 3+3 platformasını dəstəkləyir. Lakin məğlub Ermənistan hakimiyyəti hələ də öz vətəndaşlarının rifahını heçə sayaraq regionda bərpa olunacaq sabitliyə və bu sabitliyə dair təklif olunan heç bir məsələyə isti yanaşmır. Ancaq Ermənistan hakimiyyəti dərk etməlidir ki, Ermənistan onun üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur!

                                          Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Rəşid Heydərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA