sedanews.az
sedanews.az

Dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət onun xalqın sonsuz məhəbbətini qazanmasıdır

8-04-2022, 13:46 291 dəfə baxılıb

Dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət onun xalqın sonsuz məhəbbətini qazanmasıdır


Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. 

2018-ci ilin aprel ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bütün fəaliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilmişdir.

Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,02 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % (3,397,664 seçici) iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etmişdir. Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.

Azərbaycan xalqı 2018-ci ildə öz seçimini edərək bir daha bizim Prezidentin uğurlu siyasətinə öz səsini verdi və bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır və beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkə olmaqla yanaşı, daxili vəziyyəti sabitdir, bütün azadlıqlar təmin olunur və Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır

2018-ci ildə keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycan da bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Prezident İlham Əliyev öz çıxışlarından birində belə demişdi: “Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız düzgün seçim edərək həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq.”

Dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət onun xalqın sonsuz məhəbbətini qazanmasıdır. Prezident İlham Əliyev bütün təmaslarında, ilk növbədə, öz səmimiyyəti ilə insanları cəlb edə bilib, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayıb, müstəqil və qüdrətli Azərbaycan uğrunda çalışıb. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.


15 saylı Birləşmiş Şəhər Xəstəxanasının 

baş həkimi Ramella Quliyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA