sedanews.az
sedanews.az

Baş prokuror Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb

8-12-2022, 14:39 281 dəfə baxılıb



   "Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir".
REAL-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.
O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib.
   Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
O, Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA