sedanews.az
sedanews.az

Ermənistanın növbəti təxribat planı - VİDEO

27-07-2023, 14:21 204 dəfə baxılıb

  Bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşəcək

Siyasi düşərgədə ipə-sapa yatmayan Ermənistan təxribat maşınının başında keşik çəkir. Sülhə doğru atılan addımların yolunda cığır açmaq əvəzinə, daş kəsək tökür.
   Yenə də eyni ssenari. Ermənistasnın adına layiq köhnə hamam köhnə tas məsəli. İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirildi. Görüşlərdə kommunikasiyaların açılması və maneəsiz hərəkətin bərpası müzakirə edilib. Həmçinin Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası və digər məsələlər müzakirə olunub.
   İncə məqama diqqət edək. Azərbaycan sülh yolunda uğurla addımlayır. Qarabağda yaşayan ermənilərin reinteqrasiyasında maraqlıdır.Bəs siyasi meydanda heç vaxt ciddi olmayan Ermənistan nə edir?! Əlbəttə cılız işlərlə məşğul olur. təxribatlar törədir yaxud da buna hazırlıq prosesinə
Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.Bu məlumat DSX-nə məxsusdur.
Həmçinin DSX-nın məlumatında bildirilib:

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək"
   Təxribat təxribat təxribat. Bir növ Ermənistanın yuxusunda belə düşündüyü məsələ budur. Halbuki 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar formalaşıb. 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur qurulur, insanların yurd həsrəti bitib, böyük qayıdış reallaşıb. Ermənistan isə pis əməllərin başındadır. Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, növbəti erməni təxribatının cavabı qətiyyətlə alınacaq.
   Yaxşı olar ki, Ermənistan təxribatlarından əl çəksin. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycvan ərazisi olduğunu rəsmi formada etiraf edib. Ona görə də indiki halda Qarabağda yaşayan ermənilərin iki yolu var. Ya reinteqrasiya olunmalıdırlar, ya da Qarabağ ərazisini tərk etməlidirlər. Əks halda, törətdikləri təxribatların alovunda külə dönəcəklər.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA