sedanews.az
sedanews.az

Magistral xətdə qəza: Bakıda bu əraziyə istilik verilmir

15-01-2020, 11:51 657 dəfə baxılıb

Magistral xətdə qəza: Bakıda bu əraziyə istilik verilmir



                Problem artıq aradan qaldırılıb. Dünən gecə 12-dən etibarən istilik bərpa olunub.
Bu sözləri  “Azəristiliktəchizat”ın mətbuat katibi Rafiq Əliyev Bakının Xətai rayonuna iki gündür istiliyin verilməməsi ilə bağlı danışarkən deyib.
R.Əliyev bildirib ki, istiliyin verilməsində yaranmış fasilə qəza ilə bağlı olub:
“Magistral xətlərdə problem yaranmışdı. Onun aradan qaldırılması vaxt aldı. Bu səbəbdən istiliyin bərpası bir qədər uzandı. Ancaq artıq problem həllini tapıb. Bu kimi problemlərin yaranmaması üçün əlimizdən gələni edirik, mütəmadi iş aparılır”.
Xatırladaq ki, Bakının Xətai rayonunun Gəncə prospektinin sakinlərinin artıq iki gündür istiliklə təminatında problem yaranıb. Əksər binalarda qazlaşma olmadığı üçün istiliyin kəsilməsi soyuq ayda ciddi narahatlıq yaradıb.
Zəruri olaraq qeyd edək ki, evlərə istiliyin verilməsi hələ bərpa olunmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA