sedanews.az
sedanews.az

Möhtəşəm təklif: Banklara borcu olanları sevindirək!

17-03-2020, 15:16 560 dəfə baxılıb

Möhtəşəm təklif: Banklara borcu olanları sevindirək!





                Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimləri keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin.
Axar.az xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev irəli sürüb.
Naqif Həmzəyev bildirib ki, bu addımla banklara borcu olan vətəndaşlarımızı sevindirmiş olarıq. Onlar bu problemi özlərinə dərd etməzlər.
Millət vəkili koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifini də təkrarlayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA