Mövzuyla bağlı Milli.Az-a danışan tibb elmləri namizədi, infeksionist Abidin Rəhimov vətəndaşları ehtiyatlı olmağa çağırıb:
"Koronavirus hava-damcı yolu ilə keçən xəstəliklərdən biridir. Bu xəstəlik ömür boyu olub. Adicə qripdə də məsafə saxlamaq, maska taxmaq lazımdır. Youtube-da indi qarmaqarışıq məsələlər yayılır. Ölkədə koronavirus var, buna ciddi yanaşılmalıdır. Dövlətin etdiyi tədbirlərə qulaq asmaq lazımdır. Camaat buraxılıb başlı-başına. Marketlərdə, ictimai nəqliyyatda maska taxmırlar. Belə bir boşluq var. Hansı ki, bu, insanların özlərinin zərərinədir. Çoxları inanmır, çoxları ələ salır, barmaqarası baxırlar buna. Hamısı savadsızlıqdan irəli gəlir. Bir az da internet vasitəsi ilə, Youtube-dakı məlumatlarla insanları çaşdırırlar.
Gərək qohumu gözünün qabağında ölə, ondan sonra başa düşələrKimin immuniteti güclüdürsə, özü yoluxmasa da özgəsini yoluxdura bilər. Yaşlı insanı yoluxdura bilər, şəkər xəstələrini yoluxdura bilər. İnsanlar bu məsuliyyətdən uzaqdırlar, bunu başa düşmək istəmirlər. Gərək xəstələnək, qohumu gözünün qabağında ölə, ondan sonra başa düşələr. Baxırsan Amerikada, başqa dövlətlərdəki statistikaya, Allaha şükür bizdə elə deyil. Gərək bizdə də ölüm hadisələri çox olsun ki, nəyəsə inanaq? Deyilirsə ki, bu şeylərə əməl etmək lazımdır - özünü qorumalısan, məsafə saxlamaq lazımdır, bu, sizin xeyrinizə deyilir. Düzgün riayət eləsək, koronavirusun yayılmasının qabağını da tez alarıq, tez də evdən bayıra çıxarıq, işimizə-gücümüzə gedərik. Qoyulan bütün qadağalara ciddi riayət edilməlidir.
Bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilərBizim respublikada rəsmi rəqəmlərə görə 26 adam ölüb, gərək min, 2 min nəfər olardı? Hal-hazırda da yoluxma halları var. Biz bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilər. Bir də gördün, ikinci təkan yoluxanları, ölənlərin sayını daha da artırdı. Onda gərək daha ciddi tədbirlər görək. Ona görə də hərə özünü, ailəsini qorusun. Hamını yoxlamaq mümkün olmur axı. Qoruyucu vasitələrdən istifadə etsinlər.
Allahın bəlkə nəzəri bizim üstümüzdədir, köməyimizdədirBir az ciddi yanaşmalıdırlar. Bizimkilərdə Allaha şükür, ciddiyyət yoxdur da. Başqa məsələlərə ciddi yanaşmadıqları kimi, bu xəstəliyə də ciddi yanaşmırlar. Biz şükür etməliyik ki, koronavirusun qarşısını almaq üçün ölkədə çox işlər görülüb. Bizdə ölüm faktlarının az olmağı sevindirici haldır. İndi bilmirəm, Allahın bəlkə nəzəri bizim üstümüzdədir, köməyimizdədir. Gərək bilək ki, kiminsə bir qohumu öldü?
Tanışlarımdan koronavirusdan anası, qayınanası ölən varMənim tanıdığım adam var, anası ölən var, qayınanası ölən var. Məndə elə faktlar var. Ancaq tək-təkdir, rəqəm azdır. Gərək min, 2 min nəfər ölə, ondan sonra biz ayılaq ki, qoruyucu işlər görək?
Fikir verin, müharibə dövründə belə bir şey var idi. Əsgər otururdu səngərdə, iki gün atışma olmurdu. Buna "səngər sindiromu" deyirdilər. Deyirdik, yəqin bir şey yoxdur da. Başını qaldıran kimi "tarap", gülləylə vururdular. İndi insanlarda da elədir. O qədər evdə qaldılar, hava da istiləşib deyə ciddiyyət pozuldu. Uşaqlarını da özləri ilə çıxardıb gəzdirirlər. Marketlər insan ilə doludur, hamısı da maskasız. Bu insanlar da görür ki, bunları yoxlayan, saxlayan yoxdur. Şəhər artıq maşınla doludur, sürmək mümkün deyil.
Qoy getsin ölsün də, özü bilərHərə girir bir yerdən bir dənə "icazə" tapır çıxır, maşınla hara gəldi gedirlər. Məsələ burasındadır ki, sən gərək tək özünü yox, ətrafını da fikirləşəsən. Biri var biləsən ki, tək özü xəstələnəcək, öləcək. Heç kəsə də ondan bir zərər dəyməyəcək. Qoy getsin ölsün də, özü bilər, ölmək istəyir. Biri də var mən yoluxuram, bir 10 adamı da yoluxdurmaq qabiliyyətinə malikəm. Məsuliyyətsizlik etmək olmaz. Deyilənlərə ciddi riayət eləsək, koronavirusun qabağını tez alarıq".
Qeyd edək ki, bu günədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Gəncədə bir gündə 32 nəfər koronavirus infeksiyasına yoluxub
Maskada gəzin, çiyələk isə yeməyin, çünki... - Həkim
Həkim Komarovski: “Azərbaycanlılar, yaşlı insanları qoruyun” - MÜSAHİBƏ
Bakıya korona hücumu: maskalar yırtıldı...
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Eyni mərtəbədə yaşayırlar, bir-birlərini tanımırlar - Qonşuluq niyə itir?
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib (FOTO)
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi - QƏRAR
Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı
Sabah Bakıda yağış, rayonlara qar yağacaq
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Müəllim – gələcəyə yol göstərən işıq
Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi
Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN
Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edildi
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Vüqar Bayramov: "Pensiyaların indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - Təfərrüat
İlham Əliyev: Bizə əfsanə yaratmaq lazım deyil
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir (FOTO)
Pensiyalarla edilən dəyişiklik İZAH OLUNDU
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Ürəyinizə yaxşı baxın
Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib
Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb
Bu gün Cəbrayıl, Xocalı, Xocavənd öz sakinlərini qarşılayacaq
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıya gələn sərnişində 4 milyon manatdan artıq dəyərdə brilyant aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan nefti dəyər itirdi
Bu il 29 nəfər çimərkən, ümumilikdə isə 59 nəfər boğulub - FHN
Qızıl və gümüş ucuzlaşdı
Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Putin Təhlükəsizlik Şurasını təcili topladı