sedanews.az
sedanews.az

Nazirlik xəbərdarlıq etdi: Təhlükəsizliyi gücləndirin!

15-10-2020, 11:17 15 dəfə baxılıb

Nazirlik xəbərdarlıq etdi: Təhlükəsizliyi gücləndirin!


Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.
Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə məlumat versinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA