sedanews.az
sedanews.az

Xaçmazın bataqlığı xatırladan yolları ilə bağlı rəsmi açıqlama

3-02-2021, 13:52 408 dəfə baxılıb

Xaçmazın bataqlığı xatırladan yolları ilə bağlı rəsmi açıqlama 

“Təəssüf ki, Xudat şəhərini Bostançı və Dədəli kəndləri ilə birləşdirən yol yaxşı vəziyyətdə deyil. Biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.
Bu sözləri mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında Xaçmaz rayon Dədəli kənd icra nümayəndəsi Abdulla Didarov deyib. 
Onun sözlərinə görə, həmin yolun həqiqətən də təmirə ehtiyacı var:
“Bələdiyyə hər il öz daxili imkanları hesabına yolların vəziyyətini yaxşılaşdırmağa çalışır. Müşahidə olunan yağmurlu hava şəraiti həmin yollarda çuxurların yaranmasına səbəb oldu. Yollar bu gün günün tələblərinə cavab vermir. Odur ki, ağır tonajlı yük maşınları keçdiyi zaman yol daha da yarasız hala düşüb”.
İcra nümayəndəsi bildirib ki, onların inzibati ərazisinə daxil olan yeddi kənddən yalnız dördünün yolları asfaltlanıb:
“Bu yollar da vaxtilə asfaltlanıb. Biz dəfələrlə aidiyyəti qurumlara, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişik. Bizə bildiriblər ki, sözügedən yola asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Müvafiq qərar əsasında yolda zəruri tədbirlərin görülməsi məsələsinə baxılacaq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən Xudat-Bostançı yolu yerli əhəmiyyətli avtomobil yoludur:
“Bu, kəndlərarası yoldur. Uzunluğu 10 kilometr olan yol təmir olunması nəzərdə tutulan yolların siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi yenidənqurma işləri həyata keçiriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA